...

Şamaxıda ögey anasını qətlə yetirən məcburi müalicəyə göndərildi

Hadisə Materials 1 Oktyabr 2018 11:27 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.
Şamaxıda ögey anasını qətlə yetirən məcburi müalicəyə göndərildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan edilib.

Məhkəmə R.Bağırovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəldiyi üçün onun barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsi barədə qərar qəbul edib .

Təqsirləndirilən şəxs 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.

Müəyyən edilib ki, qətli bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.

Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.

Mərhum Badam Bağırovanın övladı noyabrın 13-də məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib.

Axşam saatlarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları itkin Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. 8 il məhkumluq həyatı yaşayan Rəhim Bağırov qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad edilibmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti