...

Tovuzda yanğın, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 1 Oktyabr 2018 14:20 (UTC +04:00)
Tovuzda yanğın baş verib.
Tovuzda yanğın, 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Tovuzda yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Bozalqanlı kəndində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 8 kv.m sahədə yanıb, yüksək temperaturdan aynabəndin taxtadan ibarət tavanı qismən qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti