...

Novxanıda avtomobil 2 piyadanı vurdu, hər ikisi öldü

Hadisə Materials 3 Oktyabr 2018 13:53 (UTC +04:00)
Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində “İSUZU” markalı avtomobillə qəsəbə sakinləri A.Qasımov və R.Bayramov vurulublar
Novxanıda avtomobil 2 piyadanı vurdu, hər ikisi öldü

Bakı. Trend:

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti