...

Xəzərdə icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Hadisə Materials 16 Oktyabr 2018 14:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Zirə qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Xəzərdə icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Zirə qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti