...

Lənkəranda ev yanıb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 18 Oktyabr 2018 18:36 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lənkəranda ev yanıb, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Lənkəranın Lüvəsər kəndində ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istiandən məlumatına görə, ümumi sahəsi 160 kv.m olan 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti