...

Badamdar sürüşmə sahəsində çatların ölçülərində nisbi artım qeydə alınıb

Hadisə Materials 19 Oktyabr 2018 12:23 (UTC +04:00)
Badamdar sürüşmə zonasında monitorinqlər davam edir
Badamdar sürüşmə sahəsində çatların ölçülərində nisbi artım qeydə alınıb

Bakı. Samir Əli - Trend:

Badamdar sürüşmə zonasında monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib. Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti