...

Tayvanda baş verən qəza nəticəsində ölənlərin sayı açıqlanıb

Hadisə Materials 21 Oktyabr 2018 23:39 (UTC +04:00)
Yerli hökümət qatarın relsdən çıxmasına görə baş verən qəza nəticəsində ölənlərin sayını açıqlayıb.
Tayvanda baş verən qəza nəticəsində ölənlərin sayı açıqlanıb

Bakı. Tural Turan - Trend:

Yerli hökümət qatarın relsdən çıxmasına görə baş verən qəza nəticəsində ölənlərin sayını açıqlayıb.

Trend-in məlumatına görə, Tayvanda qatarın relsdən çıxması nəticəsində baş verən qəzanın qurbanlarının sayı daha əvvəl məlumat verildiyi kimi 22 deyil, 18 nəfərdir. Qəza nəticəsində 168 nəfər xəsarət alıb.

Xatırladaq ki, Taybeydən Tayduna hərəkət edən qatar relsdən çıxıb, daha sonra onun 5 vaqonu aşıb. Qəza zamanı qatarda 366 nəfər olub. Hadisə yerində xilasetmə əməliyyatı aparılır, xilasedicilərə 120 hərbçi köməklik göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti