...

Prokuror qətl törədən mütəşəkkil dəstə üzvlərinə cəza istədi - 86 il

Gündəm Materials 23 Oktyabr 2018 16:45 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror qətl törədən mütəşəkkil dəstə üzvlərinə cəza istədi - 86 il

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslər - Xəyal Paşayevin 20 il, Kənan Həsənov və Bilal Bayramovun 19 il, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 30-da davam edəcək.

İttihama görə, ötən il Xırdalan şəhəri 28-ci məhəllədə 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib, 1985-ci il təvəllüdlü Paşayev Xəyal Oqtay oğlu isə yaralı vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti