...

Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub

Hadisə Materials 30 Oktyabr 2018 11:23 (UTC +04:00)
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib.
Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub

Bakı. Trend:

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla Bərdə rayon sakini olan Sənan Səlimov və Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nicat Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların oktyabrın 27-də soyğunçuluq yolu ilə Bərdə rayon sakini olan bir yeniyetmənin pulunu və mobil telefonunu aldıqları da müəyyən edilib.

Nizami RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti