...

Almaniyalı şirkət rəhbərinə 6 milyon dollarlıq dələduzluq edən azadlığa buraxıldı

Hadisə Materials 30 Oktyabr 2018 17:20 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində 6 milyon dollar dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Almaniyalı şirkət rəhbərinə 6 milyon dollarlıq dələduzluq edən azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 milyon dollarlıq dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Yusifova şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Ə. Yusifov 2005-ci ildə təsis etdiyi, neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olan “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyət vasitəsi ilə Almaniyada qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, Almaniya vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, onu biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon dollar alıb. Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

Ə.Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti