...

Ağcabədidə ikimərtəbəli ev yanıb

Hadisə Materials 7 Noyabr 2018 18:28 (UTC +04:00)
Ağcabədinin Hüsülü kəndində ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli ev yanıb.
Ağcabədidə ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Ağcabədinin Hüsülü kəndində ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 108 kv.m sahədə, ikinci mərtəbəsində bir otağın və dəhlizin tavanı 30 kv.m sahədə, ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti