...

Qusarda sərxoş qəssab yıxılıb öldü

Gündəm Materials 13 Noyabr 2018 22:40 (UTC +04:00)
Qusarda sərxoş şəxs yıxılıb ölüb.
Qusarda sərxoş qəssab yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Qusarda sərxoş şəxs yıxılıb ölüb. Trend-in məlumatına görə, Qusar rayonunda yaşayan Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviçin meyiti yaşadığı evdən tapılıb.

Müəyyən edilib ki, Qusar rayon bazarında qəssab işləyən R.Balaşov axşam saatlarında alkoqol qəbul edərək sərxoş vəziyyətdə evinin pilləkənindən yıxılıb və başı beton döşəməyə dəyib. Nəticədə o, hadisə yerində ölüb.

Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti