...

Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hadisə Materials 14 Noyabr 2018 14:41 (UTC +04:00)
Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakı. Trend:

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 13-də saat 20 radələrində Şabran rayonu ərazisində şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağalıq kənd sakini Nurəddin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Əzizov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti