...

Qanunvericiliyin tələblərini pozan əcnəbilərlə bağlı 1541 qərar qəbul edildi

Hadisə Materials 14 Noyabr 2018 12:53 (UTC +04:00)
Bu ilin oktyabr ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 985 müraciət qeydə alınıb.
Qanunvericiliyin tələblərini pozan əcnəbilərlə bağlı 1541 qərar qəbul edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin oktyabr ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 985 müraciət qeydə alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasına görə 10 602 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

DMX oktyabr ayında ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1541 qərar qəbul edib. Qərarların 765-i ölkəni tərk etmə barədədir.

Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı olan 536 qərarın 129-u İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə cərimənin tətbiqi, 407-si isə Miqrasiya Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar olub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 4 qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti