...

Rusiyada uşaq bağçasında qısaqapanma - 306 nəfər təxliyə olundu

Hadisə Materials 15 Noyabr 2018 11:54 (UTC +04:00)
Rusiyanın Kemerovo şəhərində uşaq bağçasından 300-dən çox şəxs təxliyə olunub
Rusiyada uşaq bağçasında qısaqapanma - 306 nəfər təxliyə olundu

Bakı. Trend:

Rusiyanın Kemerovo şəhərində uşaq bağçasından 300-dən çox şəxs təxliyə olunub.

Trend-in məlumatına görə, buna elektrik avadanlığında baş vermiş qısaqapanma səbəb olub.

Qeyd olunub ki, qısaqapanma mətbəxdə qeydə alınıb. Hadisədən sonra yanğın baş verməsə də, 306 nəfər, o cümlədən 270 uşaq təhlükəsizlik məqsədilə binadan çıxarılıb.

Xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti