...

Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb

Hadisə Materials 19 Noyabr 2018 13:16 (UTC +04:00)
Bakı şəhər sakini İ.Mütəllimovanı qətlə yetirməkdə şübhəli bilinən C.Əliyev saxlanılıb
Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti