...

Bu yolda tıxac var - Piyada vurulub

Hadisə Materials 19 Noyabr 2018 19:53 (UTC +04:00)
Piyada hadisə yerində dünyasını dəyişib.
Bu yolda tıxac var - Piyada vurulub

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Trend-in məlumatına görə, hadisə yolun Abşeron rayonu ərazisində, Gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində baş verib. 02-BK-603 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Sumqayıt istiqamətində hərəkətdə olarkən yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yol polisləri cəlb olunub.
Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti