...

Bakıda yanğın - 4 nəfər təxliyə edildi

Hadisə Materials 21 Noyabr 2018 09:07 (UTC +04:00)
Bakıda 2 otaqlı mənzildə yanğın baş verib.
Bakıda yanğın - 4 nəfər təxliyə edildi

Bakı. Trend:

Bakıda 2 otaqlı mənzildə yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti