...

Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub

Hadisə Materials 26 Noyabr 2018 12:16 (UTC +04:00)
Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub
Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub

Bakı. Trend:

Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti