...

Saatlıda əmisini öldürən şəxs tutulub

Hadisə Materials 26 Noyabr 2018 14:29 (UTC +04:00)
Saatlı rayonunun Azadkənd kənd sakini Oqtay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən Saleh Əkbərov saxlanılıb.
Saatlıda əmisini öldürən şəxs tutulub

Bakı. Trend:

Saatlı rayonunun Azadkənd kənd sakini Oqtay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən Saleh Əkbərov saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 25-də saat 2 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Oqtay Əkbərovun baş nahiyəsində güllə yarası olan meyitinin idarə etdiyi “BMW” markalı avtomobilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Birgə keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən O.Əkbərovun qardaşı oğlu, Azadkənd sakini Saleh Əkbərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti