...

Ağdam sakinini bıçaqlayan şəxs saxlanılıb

Hadisə Materials 29 Noyabr 2018 20:16 (UTC +04:00)
Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Ağdam sakinini bıçaqlayan şəxs saxlanılıb

Bakı. Trend:

Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti