...

Bakıda universitet tələbəsi küçədə bıçaqlandı

Hadisə Materials 4 Dekabr 2018 12:20 (UTC +04:00)
Bakıda universitet tələbəsi küçədə bıçaqlanıb.
Bakıda universitet tələbəsi küçədə bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda universitet tələbəsi küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Sahil bağında baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, Y.Nəbizadənin vəziyyəti orta ağır olaraq qalır:

"O, belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi yardım edilib, vəziyyəti orta ağırdır. Hazırda palata şəraitində müalicəsi davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti