Bakı. Trend:
Saatlı rayonunun Nabatkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 1-də saat 12 radələrində Saatlı rayonunun Nabatkənd kəndi ərazisində Sumqayıt şəhər sakini Rövşən Həsənov idarə etdiyi “VAZ-211540” markalı avtomobili Muğan kanalına aşırıb və hadisə yerində ölüb.