...

"Mançester Siti" öz meydanında "Liverpul"a qalib gəldi

Hadisə Materials 4 Yanvar 2019 03:14 (UTC +04:00)
İngiltərə Premyer Liqasının 21-ci turunun sonuncu qarşılaşması çərçivəsində "Mançester Siti" komandası "Liverpul"u qəbul edib.
"Mançester Siti" öz meydanında "Liverpul"a qalib gəldi

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 21-ci turunun sonuncu qarşılaşması çərçivəsində "Mançester Siti" komandası "Liverpul"u qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesabı 45-ci dəqiqədə Serxio Aquero açıb. Oyunun 64-cü dəqiqəsində hesab bərabərləşib - Roberto Firmino fərqlənib.

Nəhayət matçın 72-ci dəqiqəsində Leroy Sane komandasının ikinci qolunu vuraraq ona 3 xal qazandırır.

21 oyundan sonra "Liverpul" 54 xalla birinci, "Mançester Siti" isə 50 xalla ikincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti