...

Kürdəmirdə yanğın olub, sakinlər təxliyyə edilib

Hadisə Materials 4 Yanvar 2019 22:34 (UTC +04:00)
Kürdəmirdə rayonunda yanğın qeydə alınıb
Kürdəmirdə yanğın olub, sakinlər təxliyyə edilib

Bakı. Tural Turan - Trend:

Kürdəmirdə rayonunda yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 m² sahədə və çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti