...

Ağdaşda altı otaqlı ev yanıb

Hadisə Materials 9 Yanvar 2019 23:01 (UTC +04:00)
Yuxarı Ləki kəndində ev yanıb
Ağdaşda altı otaqlı ev yanıb

Bakı. Tural Turan - Trend:

Ağdaşda altı otaqlı ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yuxarı Ləki kəndində ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dəhlizinin, mətbəxinin və 2 otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti