...

Kruiz gəmisində 300 nəfər virusa yoluxdu

Hadisə Materials 11 Yanvar 2019 12:57 (UTC +04:00)
Karib dənizində kruiz turu zamanı 300 sərnişin virusa yoluxub.
Kruiz gəmisində 300 nəfər virusa yoluxdu

Bakı. Trend:

Karib dənizində kruiz turu zamanı 300 sərnişin virusa yoluxub.

Trend-in məlumatına görə, hadisə üzə çıxandan sonra gəmi turu yarımçıq qoyaraq, bir gün əvvəl ABŞ-ın Florida ştatına qayıdıb.

Xəstəliyə yoluxan sərnişinlərə tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilənlər də olub.

Hazırda yoluxmanın səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.

Kruizi həyata keçirən şirkət bildirib ki, səyahətin müddətinin azaldılması ilə əlaqədar gəmidə olan 8 minə yaxın sərnişinə təzminat ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti