...

Qanunsuz ov edən şəxslər saxlanılıb - 28 ördək və qaşqaldaq

Hadisə Materials 21 Yanvar 2019 12:22 (UTC +04:00)
Qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar
Qanunsuz ov edən şəxslər saxlanılıb - 28 ördək və qaşqaldaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.

Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti