...

Binəqədidə oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb

Hadisə Materials 24 Yanvar 2019 02:49 (UTC +04:00)
Binəqədidə oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb
Binəqədidə oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb

Bakı. Trend:

Binəqədidə oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də gecə saat 2 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birinin həyətindən oğurluğa cəhd göstərilməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Anar Aslanov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti