...

Xaçmaz dəmir yolu stansiyasından su qurğusunu oğurlamaq istəyən şəxs saxlanılıb

Hadisə Materials 24 Yanvar 2019 14:58 (UTC +04:00)
Xaçmazda qatarları su ilə təmin edən qurğunu oğurlamaq istəyən şəxs saxlanılıb
Xaçmaz dəmir yolu stansiyasından su qurğusunu oğurlamaq istəyən şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmazda qatarları su ilə təmin edən qurğunu oğurlamaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmir yolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı əticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti