...

Türkiyədə yol qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada ölüb

Hadisə Materials 5 Fevral 2019 14:22 (UTC +04:00)
Türkiyədə azərbaycanlı tələbə yol qəzasından 2 gün sonra ölüb.
Türkiyədə yol qəzasına düşən azərbaycanlı tələbə xəstəxanada ölüb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Biləcik vilayətinin Osmaneli şəhərində yol qəzasında yaralanan azərbaycanlı tələbə Mirsədi Seyidov xəstəxanada ölüb.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, yol-nəqliyyat hadisəsi iki gün öncə, yəni fevralın 3-də baş verib.

Ümumilikdə qəzada 6 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti