...

Limanda 4 yük qayığına od vurdular

Hadisə Materials 13 Fevral 2019 12:42 (UTC +04:00)
İranın cənubunda yerləşən Buşehr vilayətinin Amiri Təngistan limanında 4 ədəd yük qayığı yandırılıb.
Limanda 4 yük qayığına od vurdular

Bakı. Elnur Bağışov – Trend:

İranın cənubunda yerləşən Buşehr vilayətinin Amiri Təngistan limanında 4 ədəd yük qayığı yandırılıb.

Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayəti Limanlar və Dənizçilik İdarəsinin yanğınsöndürmə üzrə mütəxəssisi İman Ziyarəti deyib.

İ.Ziyarətinin sözlərinə görə, yanğının səbəbi araşdırılır. Mütəxəssis yanğının qəsdən törədilməsi ilə bağlı şayiələrin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti