...

Ucarda yolu keçən naməlum piyadanı maşın vurub öldürdü

Hadisə Materials 14 Fevral 2019 14:40 (UTC +04:00)
Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ucarda yolu keçən naməlum piyadanı maşın vurub öldürdü

Bakı. Trend:

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-də saat 20 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi “KamAZ-55111” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti