...

Sabirabad sakini olan 29 yaşlı qız Bakıda yaşadığı evdən itkin düşdü

Hadisə Materials 19 Fevral 2019 07:01 (UTC +04:00)
Bakıda daha bir qız itkin düşüb.
Sabirabad sakini olan 29 yaşlı qız Bakıda yaşadığı evdən itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir gənc qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Sabirabad rayonu, Vidadi küçəsi 179a ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Həsənov Əliyar Əlimusa oğlu Binəqədi rayon polis İdarəsinə müraciət edərək bildirib ki, fevralın 8-də saat 09 radələrində qızı, 1990-cı il təvəllüdlü, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yaşayan Bağırova Əzizə Əliyar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti