...

"Azərsu" ASC-nin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına 9 il cəza verildi

Hadisə Materials 19 Fevral 2019 22:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Azərsu" ASC-nin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına 9 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sabiq əməkdaşı olan E.İmranlı Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verərək onların etibarından sui-istifadə edib və ümumilikdə 206 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırlıq iclası zamanı məhkəmə zalında həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti