...

Səbaildə yaşayış binasında yanğın olub

Hadisə Materials 20 Fevral 2019 14:46 (UTC +04:00)
Bakının mərkəzində yaşayış binasında yanğın baş verib.
Səbaildə yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakının mərkəzində yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, İstiqlaliyyət küçəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və mətbəx əşyaları 6 m² sahədə yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti