...

Rüşvət almaqda təqsirləndirilən gömrük mayoruna hökm oxundu

Hadisə Materials 21 Fevral 2019 17:17 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Rüşvət almaqda təqsirləndirilən gömrük mayoruna hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Cəfərəliyevə şərti cəza verilib.

Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, R.Rəhimov da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

A.Cəfərəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti