...

Balakəndə qurutma sexi yanıb

Hadisə Materials 22 Fevral 2019 09:48 (UTC +04:00)
Balakəndə qurutma sexi yanıb
Balakəndə qurutma sexi yanıb

Bakı. Trend:

Balakəndə qurutma sexi yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Katex kəndində ümumi sahəsi 720 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisində 150 ədəd plastik tara yanıb.

Taraların qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti