...

Tərtərdə 4 otaqlı ev yanıb

Hadisə Materials 4 Mart 2019 18:00 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tərtərdə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Tərtərdə 4 otaqlı ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Ələsgərli kəndində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, bitişik ümumi sahəsi 60 kv.m olan talvarın lambirindən ibarət tavanı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti