...

Metronun “Nizami” stansiyasında qadından oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 7 Mart 2019 17:39 (UTC +04:00)
Metronun “Nizami” stansiyasında qadından oğurluq edən şəxs saxlanılıb
Metronun “Nizami” stansiyasında qadından oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti