...

Maştağada minik avtomobili yük maşını ilə toqquşdu - Ölən var

Hadisə Materials 11 Mart 2019 13:24 (UTC +04:00)
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Maştağada minik avtomobili yük maşını ilə toqquşdu - Ölən var

Bakı. Trend:

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 9-da saat 18 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini N.Cəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış R.Əsgərovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin arxa hissəsinə vurub və nəticədə hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti