...

Xətaidə mənzildən meyit tapıldı

Hadisə Materials 11 Mart 2019 13:29 (UTC +04:00)
Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xətaidə mənzildən meyit tapıldı

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti