...

51 yaşlı ruhi xəstə itkin düşüb - 7 aydır axtarırlar...

Hadisə Materials 11 Mart 2019 15:24 (UTC +04:00)
Qusarda 7 ay əvvəl itkin düşən 51 yaşlı qadın axtarılır.
51 yaşlı ruhi xəstə itkin düşüb - 7 aydır axtarırlar...

Bakı. Samir Əli - Trend:

Qusarda 7 ay əvvəl itkin düşən 51 yaşlı qadın axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti