...

Polis Nardaranda əməliyyat keçirdi - Xəncər, balta və narkotik aşkarlandı

Hadisə Materials 12 Mart 2019 12:54 (UTC +04:00)
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.
Polis Nardaranda əməliyyat keçirdi - Xəncər, balta və narkotik aşkarlandı

Bakı. Trend:

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti