...

Nəsimidə yataqxana yanıb - Sakinlər təxliyə edilib

Hadisə Materials 19 Mart 2019 20:24 (UTC +04:00)
4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Nəsimidə yataqxana yanıb - Sakinlər təxliyə edilib

Bakı. Trend:

Bakının Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti