...

Balakəndə 3 otaqlı ev yanıb

Hadisə Materials 26 Mart 2019 08:18 (UTC +04:00)
Balakəndə yanğın qeydə alınıb
Balakəndə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Balakəndə yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qazma kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti