...

Bakıda keçmiş məhkumdan silah götürülüb

Hadisə Materials 28 Mart 2019 16:22 (UTC +04:00)
Bakıda keçmiş məhkumdan silah götürülüb
Bakıda keçmiş məhkumdan silah götürülüb

Bakı. Trend:

Bakıda keçmiş məhkumdan silah götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti