...

Bakı sakinindən silah-sursat götürülüb (FOTO)

Hadisə Materials 28 Mart 2019 13:58 (UTC +04:00)
Bakıda dünyasını dəyişən atasından qalan avtomatı polisə təhvil verməyərək özündə saxlayan şəxs saxlanılıb
Bakı sakinindən silah-sursat götürülüb (FOTO)

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Maarif Kərimov barəsində 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti