...

Lənkəranda dəhşətli qətl - 18 yaşlı oğlan boynu qırılaraq öldürüldü

Hadisə Materials 8 Aprel 2019 10:20 (UTC +04:00)
Lənkəranda qətl hadisəsi baş verib.
Lənkəranda dəhşətli qətl - 18 yaşlı oğlan boynu qırılaraq öldürüldü

Bakı. Samir Əli - Trend:

Lənkəranda qətl hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə rayonun Digah kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Ə. Quliyevlə həmkəndlisi, 2001-ci il təvəllüdlü S.Bağırov mübahisə edib. Mübahsə nəticəsində S.Bağıov Ə.Quliyevi döyüb.

Hadisədən əsəbiləşən Ə.Quliyev S.Bağırovun boynunu qırıb. Daha sonra Ə.Quliyev şalvarın kəməri ilə S. Bağırovu boğaraq tam öldüyünə əmin olandan sonra onun meyitini yarımtikilidəki zirzəmiyə atıb.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ə.Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti