...

Hacıqabul dəmir yolundan oğurluq etmək istəyən şəxslər saxlanılıblar

Hadisə Materials 10 Aprel 2019 13:54 (UTC +04:00)
Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar
Hacıqabul dəmir yolundan oğurluq etmək istəyən şəxslər saxlanılıblar

Bakı. Trend:

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da saat 8 radələrində Hacıqabul dəmir yolu stansiyasının ərazisindən 100 ədəd şpal altlığı, 30 ədəd rels birləşdiricisi, 3 kisə kastil və 3 kisə bolt-qaykanı oğurlamağa cəhd göstərən Hacıqabul rayon sakinləri H.Xəlfəyev və Ə.Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti